Bakıda uşaq davasına valideynlər qoşuldu: ölən var

[/b]

Bakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi törədilib.
DunyaTv.az Lent.az-a istinadən xəbər verir ki,Binəqədi qəsəbəsində 1960-ci il təvəllüdlü Quliyev Əliağa Hüseyn oğlu qonşusu, 1976-cı il təvəllüdlü Həsənov Xəqani Nadir oğlunu qətlə yetirib. Ə.Quliyev 38 yaşlı qonşusunun ürəyinə bıçaqla bir zərbə endirib. X.Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki şəxs fərdi yaşayış evində yaşayır və yaxın qonşudurlar. Dünən X.Həsənovun azyaşlı övladı oğlu qonşunun həyətinə keçib və burada Ə.Quliyevin övladı ilə dava edib,dava-dalaşa valideynlər də qoşulub. Elə bu zaman əsəblərinə hakim ola bilməyən 54 yaşlı Ə.Quliyev evdən götürdüyün bıçaqla qonşusuna öldürücü zərbə endirib.
Ə.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

 

[b]DunyaTv.az


 


  • Müəllif: Dilber
  • Tarix 11-03-2014, 11:05
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 579
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac