Opera-dan zənglər etmək olacaq


Opera Software şirkəti Android əsaslı qurğular üçün Opera 20 brauzerini çıxarıb. Brauzer WebRTC internet protokolunu dəstəkləyir. 
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, WebRTC protokolu sayəsində birbaşa brauzerdən videozənglər həyata keçirmək olar.
Opera 20-nin əsasını Blink mühərriki əsasında yaradılmış Chromium 33 brauzeri təşkil edir. Opera Software əvvəllər brauzerlərində Presto mühərrikindən istifadə edib, lakin 2013-cü ildə ondan imtina edərək WebKit-dən istifadəyə başlayıb.
Opera brauzeri WebRTC internet protokolundan istifadə edən yeganə mobil brauzer deyil.
2013-cü ildən sözügedən protokol Android platforması üçün Chrome və Firefox brauzerlərində tətbiq olunub.
  • Müəllif: Guler
  • Tarix 11-03-2014, 12:30
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 474
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac