Çiyələkli ağ tort

Tərkibi:
6 ədəd yumurta(ağ və sarısını ayırmaq şərti ilə)
1 su stəkanı şəkər,
1 su stəkanı un,
1/2su stəkanı nişasta,
1 çimdik duz,

 
Kremi üçün:
2,5 su stəkanı süd,
1 su stəkanı un,
¾ su stəkanı şəkər,
1 paket(200 ml)krema,
1 paket vanilin,
 
Arası üçün:
Çiyələk,
 
Üzəri üçün:
Hind qozu

Hazırlanma qaydası:
Yumurtaların sarısını şəkərlə birlkdə çırpın.
Yumurta ağlarını ayrı bir qabda duzla birlikdə qar kimi olana qədər çırpın.
Unu və nişastanı ələyərək yumurta sarılarına qataraq qarışdırın.
Qeyd: bu işləmlərin hamısını sürətli yerinə yetirmək lazımdır, çünki belə olmasa sarılar qatılaşa bilər, ağlar isə sönə bilər
Bu qarışığı ağlara əlavə edib taxta qaşıqla ağları söndürməmək üçün möhkəm qarışdırın.
Dibini və kənarlarını yağladığınız qəlibə töküb fırına verin.
180 dərəcədə 45 dəqiqə bişirin.
Kremi üçün isə südü bir qazana tökün.
Içərisinə un və şəkəri əlavə edin.
Qazanı ocağa qoyub qatılaşana qədər bişirin.
Ocaqdan düşürdüb krem və vanilini də əlavə edin.
Keksi 4 qat kəsin.
Qatların arasına krem sürtüb doğranmış çiyələk düzün.
Qalan kremi isə üzərinə və yanlarına çəkin.
Üstünə və kənarlarına hind qozu səpin.

 
Nuş olsun!

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 11-03-2014, 14:32
  • Bölmə: Xəbərlər / Qadın Dünyası
  • Baxılıb: 756
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac