Pişiklər sahiblərinin aynasıdır

Bəlkə də siz sevimli ev heyvanınızın sizə və yaxud da ailənin digər üzvlərinə bənzədiyinə diqqət yetirmisiniz. Messina Universitetinin tibbi baytarlıq araşdırmaları göstərir ki, pişik və onun sahibinin oxşarlığı sadəcə xoş bir təsadüf deyil: pişiklər tədricən bizim alışqanlıqlarımızı mənimsəyirlər.

Tədqiqatçılar ev pişiklərinin iki növünü araşdırıblar. Birinci qrup ev pişiklərinin sahibləri öz sevimlilərini kiçik evlərdə, özlərinə daha yaxın saxlayıb, demək olar ki, onları küçəyə çıxarmırdılar. İkinci qrup pişiklərin sahibləri isə, böyük və təmiz evlərdə yaşayıb, pişiklərinə hətta gecə belə küçəyə çıxmağa icazə verənlər olub.

Birinci qrup pişiklərin həyat tərzi, hətta yuxu vaxtı sahiblərinin həyat tərzinə oxşayır. Bundan başqa, öz yemək vaxtlarının nə vaxt olduğunu bilərək mətbəxə qaçır, tualetin yerini yaxşı bilir və dolabların qapısını asanlıqla aça bilirlər.

Aktiv həyat tərzi keçirən, idmanla məşğul olan insanların pişikləri daha aktiv, oynağan, passiv həyat sürən insanların pişikləri isə kökəlməyə yönümlü olur. Sakit insanların pişikləri əsasən sakit, aqressiv insanların isə aqressiv olur.
  • Müəllif: Guler
  • Tarix 11-03-2014, 14:11
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 620
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac