Sumqayıt teatrı ilə bağlı problemdə tərəflər açıqlamalar verdi

 
Dunyatv.Az "Xəbərlə”yə istinadən xəbər verir ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürovdan şikayət olunub.

Belə ki, həmin teatrda səs rejissoru kimi çalışan Anar Süleymanov teatrın direktorundan Sumqayıt şəhər Prokurorluğuna şikayət edib. A.Süleymanovun iddiasına görə teatrın rəhbəri Mehman Şükürov tamaşaların hazırlanması üçün ayrılan vəsaitlərdən mənimsəmə hallarına yol verib. Bununla yanaşı, teatr rəhbəri adı olub, özü olmayan şəxslərə əməkhaqqı yazmaqda günahlandırılır.

Qeyd edək ki, Anar Süleymanov Azərbaycan Respublikasının xalq artisti Məzahir Süleymanovun oğludur.

 

 

Məsələ ilə bağlı Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürovla əlaqə saxladıq. Teatrın direktoru ondan Sumqayıt şəhər Prokurorluğuna şikayət edilməsi faktını təsdiqlədi və bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır: "Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi müvafiq araşdırmalar apardı. Hazırda mənim haqqımda olan şikayətlə bağlı Sumqayıt şəhər Prokurorluğu araşdırma aparır.”, - deyən M.Şükürov məsələ ilə bağlı əlavə şərh vermək istəmədi.

 

Şikayətçi tərəf olan teatrın səs rejissoru Anar Süleymanov isə deyir ki, noyabrın 5-də Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova teatrın direktorunun qanunsuz əməlləri ilə bağlı şikayət ərizəsi ilə müraciət edib. Səs rejissoru ərizəsinə jurnallardan çəkilmiş fotolar da əlavə etdiyini qeyd etdi. Onun sözlərinə görə, teatrda "ölü canlar” da var: "Bu o deməkdir ki, adları ştat cədvəlində olan şəxslər var ki, onları heç kim tanımır və dövlətdən əmək haqqı alırlar.”

A.Süleymanov əlavə etdi ki ki, teatrın rəhbəri fəaliyyətində çoxsaylı qanun pozuntusuna yol verib: "Dövlət sifarişi əsasında hazırlanan tamaşalarda daha çox bu kimi neqativ hallara yol verilir. Əgər hansısa bir materialın qiyməti 10 manatdırsa, o 50 manat dəyərində göstərilir”.

  • Müəllif: Pervin_M
  • Tarix 15-11-2013, 12:22
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 948
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac