1-ci sinfə yeni qəbul qaydaları

1-ci sinfə yeni qəbul qaydaları

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdəki hazırlıq qruplarında təhsil alan uşaqların I sinfə hansı formada qəbul olunduğunu açıqlayıb.  DunyaTv.az Movqe.az-a istinadən xəbər verir ki, mövcud qaydalara əsasən, ümumtəhsil məktəblərində açılan məktəbəhazırlıq siniflərindəki 6 yaşı 16 sentyabrdan sonra tamam olan uşaqlar 1-ci siniflərə müsahibəsiz birbaşa qəbul edilirlər. Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması hazırda kütləvi xarakter daşımır. Bu, bilavasitə valideynlərin arzusu əsasında həyata keçirilir. Həmin qruplar, bir qayda olaraq, məktəbəqədər təhsil müəssisələrində təşkil olunur. Nazirlikdən deyilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəhazırlıq icbari hesab edildiyindən bütün uşaqların məktəbəqədər təhsillə əhatə olunması mühüm vəzifə kimi qarşıda dayanır və bununla əlaqədar müvafiq tədbirlər görüləcək.

  • Müəllif: Guler
  • Tarix 11-03-2014, 14:46
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 1 651
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac