Diqqət! Banan alarkən ehtiyatlı olun

Diqqət! Banan alarkən ehtiyatlı olun

Böyük Britaniyada çox qorxunc bir hadisə baş verib. Evə bir salxım banan alan ailə tədricən salxımdan çıxan ölümcül hörümçəklərlə qarşılaşıb və nəticədə ailə evi tərk etməli olub. 

İki uşaq atası olan Cemi Roberts deyir ki, banan salxımını kasaya qoyarkən üzərində ağ ləkələrə rast gəlib, lakin hörümçəklər meyvədən çıxıb ətrafa yayılmağa başlayana qədər bunun kif olduğunu zənn edib. 

Hörümçəkdən qorxusu olan Roberts dərhal heyvan nəzarət xidmətinə zəng edib və ona təcili olaraq evi tərk etmək məsləhət görülüb. 

Hörümçəklərin məhv edilməsi üçün evə buraxılmış toksik tüstüdən sonra Robertslər ailəsi evinə 3 gün müddətində qayıda bilməyib.

Evdən səkkiz ayaqlı varlıqlar tapılmasa da Roberts əmin edir ki, bu həşəratlar Braziliyadan gəlib və dünyanın ən təhlükəli hörümçəklərindən biridir. 

"Banan hörümçəyi” kimi tanınan bu məxluqların sancması nəticəsində insanda əzələlərin nəzarətdən çıxması, nəfəsalma çətinlikləri, iflic və boğulma kimi hallar müşahidə olunur. 

Cemi bu hadisəni qorxulu film kimi xatırlayaraq deyir ki, banan üzərindəki ağ ləkələri təmizləyərkən hörümçəklər hərəkətə keçməyə başlayıb.

Həyat yoldaşı bananları sellofana qoyaraq zibil yeşiyinə atıb.

 

  • Müəllif: Guler
  • Tarix 11-03-2014, 15:41
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 834
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac