Sumqayıtlı deputat şəhərin problemlərini sadaladı

Sumqayıtlı deputat şəhərin problemlərini sadaladı

 

"Sumqayıtın sosial infrastrukturu çox zəifdir, sovet vaxtı tikilib və bu günün tələbatına cavab vermir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Muxtar Babayev deyib. "Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır. Sumqayıtda yataqxana problemi var. Keçmiş Sovet İttifaqı vaxtında müvəqqəti yaşayış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır. Bu Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Yataqxanalarda əsaslı təmir işləri aparmalıdır”, – deyə Muxtar Babayev bildirib.

Deputat onu da qeyd edib ki, Sumqayıt şəhəri özünü dolandırma sxemləri ilə bu yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcək.
 «Bu infrastrukturların yaradılmasına nə özəl biznesin gücü çatar, nə də şəhərin daxili imkanları buna yol verər. Bu infrastrukturların yaradılması xüsusi Dövlət Proqramına salınmalı və bu Proqram çərçivəsində ayrılmış vəsait hesabına həllini tapmalıdır. Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə, bu gün Sumqayıtda 400 mindən artıq adam var. Burada qocalar evinin tikilməsi və istifadəyə verilməsi vacibdir. Bu məsələ uzun müddətdir ki, gündəmdədir.»

  • Müəllif: Pervin_M
  • Tarix 15-11-2013, 12:35
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 823
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac