dunyatv.az
CANLI YAYIN

Zakir Həsənovdan müharibə bəyanatı

15-11-2013, 16:05

Zakir Həsənovdan müharibə bəyanatı

 

General-polkovnik Silahlı Qüvvələrin inkişafından danışıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşqunu qəbul edib.

Dunyatv.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Müdafiə naziri Z. Həsənov isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran müdafiə naziri, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsinin region üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.



Oxunub: 1 298

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.