dunyatv.az
CANLI YAYIN

Bu günün hava necə olacaq?

14-03-2014, 10:15

DunyaTv.az Milli.Az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gözlənilir.
Temperatur gecə 3-5° isti, gündüz 7-12° isti, Bakıda gecə gecə 3-5° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 1-5°, gündüz 10-15° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 9-14° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 10-15° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

DunyaTv.az



Oxunub: 1 744

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.