Bayramda bir həftə iş olmayacaq


DunyaTv.az Publika.az-a istinadən xəbər verir ki,

Novruz Bayramında 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, qeyri iş günləri 20 - 26 mart tarixlərini əhatə edəcək. 

 Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə, 20,21,22,23 və 24 mart tarixləri Novruz bayramı kimi qeyd ediləcək. 

  Əmək Məcəlləsinə əsasən 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Nəticədə 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. 

 Qeyd edək ki, orta məktəblərdə yaz tətilinin martın 17-də başlayacaq. 6 günlük iş həftəsi ilə işləyən orta məktəblərdə dərslər martın 26-si, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə dərslər martın 27-si başlayacaq.

  • Müəllif: Guler
  • Tarix 14-03-2014, 11:13
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 526
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac