dunyatv.az
CANLI YAYIN

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

14-03-2014, 11:32

Bakının Qaradağ rayonunda bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib.
DunyaTv.az Apa-ya istinadən xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb.
Beynəlxalq Avtovağzaldan Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "90 HR 352" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil magistral yolda dönmək istəyərkən, qarşı tərəfdən gələn "10 TE 932" nömrəli "Daewoo" markalı marşrut avtobusu ilə toqquşub.
Zərbə güclü olduğundan hər iki avtomobil yolun kənarında olan su kanalına düşüb.
"Toyota Prado"nun sürücüsü avtomobilin ön şüşəsindən çıxaraq kanala düşüb. Onun cəsədi ətrafdakı insanlar tərəfindən çıxarılıb. Avtobusun sürücüsü və bir neçə sərnişin ağır bədən xəsarətləri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəlib. Hər iki avtomobil su kanalından çıxarılıb.

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

Sərnişin avtobusu ilə "Prado" toqquşub: 1 ölü, 3 yaralı [foto]

 


Oxunub: 1 967

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.