Bakıda polisi xüsusi amansızlıqla öldürdülər

[/b]

 

 
 
Polis serjantının meyiti 432 saylı liseyin yataqxanasının həyətindən tapılıb
Ötən gecə Bakının Xətai rayon ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən anspress-ə verilən məlumata görə, Neapol prospekti, 43 ünvanında yerləşən 432 saylı liseyin yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovun cəsədi tapılıb.

İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi araşdırılır.

Qeyd edək ki, R.Həsənov Sabunçu rayon mühafizə şöbəsində polis serjantıdır. Onun evli olduğu və iki uşaq atası olduğu bildirilir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
[/b]
[b][/b]
  • Müəllif: Asef
  • Tarix 16-11-2013, 12:20
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 833
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac