dunyatv.az
CANLI YAYIN

Bakıda iki gün konsert verəcək Murad Bozdan ilginc şərt

15-03-2014, 10:33

Türkiyənin yeni meqa ulduzunun bu istəyi yerinə yetiriləcək?
DunyaTv.az Gecce.Az-a istinadən xəbər verir ki, gələn həftənin birinci və ikinci günləri Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək tanınmış türk müğənnisi Murad Boz təşkilatçılar qarşısında bəzi şərtlər qoyub.
Əməkdaşımızın əldə etdiyi məlumata görə Murad, Bakıya qədəm qoyduğu andan çoxlu sayda mühafizəçinin onu qoruması şərti ilə çıxış edib.
İki günlük səhnə alacağı salonda onlarla cangüdənin onu nədən və kimlərdən qoruyacağı sual altındadır.
Ulduzun cangüdən tələbi bununla bütünləşmir.
M.Boz, Bakıda qalacağı oteldə də qolu güclü idmançılar tərəfindən mühafizə olunmasını istəyinini gizli saxlamayıb.
Maraqlısı ondadır ki, ilginc şərti ilə seçilən ulduz bəzi məşhurlar kimi başqa kaprizlərini irəli sürməyib.
Martın 17-i səhər saatlarında vətənimizə gələcəyi gözlənilən Muradın mətbuat konfransı keçirib-keçirməyəcəyi də hələ tam dəqiqləşməyib.
 
DunyaTv.az


Oxunub: 870

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.