dunyatv.az
CANLI YAYIN

Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

12-10-2013, 11:00

 Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

 

 

Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Qol.Az-ın məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Səfərdə bu rəqiblə 1:1 hesablı bərabərə qalan yığmamızın doğma meydanda qələbə qazanaraq qrupun sonuncu pilləsindən qurtulacağına ümidlər böyük idi.

Eyni zamanda bu oyun milli komandamız üçün əlamətdar olub. Belə ki, yığmamız bu gün 200-cü oyununa çıxıv və inamlı qələbə qazanıb - 2:0.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə olaraq seçmə mərhələlər tarixində 8 xal toplayıb. Bu günə qədər ən yaxşı nəticəni ötən Avropa seçmə mərhələsində göstərən millimiz (7 xal) Şimali İrlandiyaya qalib gəlməklə qrupda dördüncü pillədə qərarlaşıb. 

 


F qrupu[/b]

"DÇ-2014"ün seçmə mərhələsinin oyunları
[i][/i]
21:00. Azərbaycan - Şimali İrlandiya - 2:0
Qollar: Rüfət Dadaşov. 58 (1:0), Mahir Şükürov, 90+4, (2:0)
Qırmızı vərəqə: Conni Evans, 90+3 (Şimali İrlandiya)
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).


Oxunub: 1 116

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.