dunyatv.az
CANLI YAYIN

Abşeron rayon Saray qəsəbəsində ağacəkmə aksiyası keçirilib [video]

15-03-2014, 10:23

 

Ölkə ərazisində yazın gəlişi ilə əlaqədar olaraq ağac əkmə aksiyaları teşkil edilir.

Belə tədbirlərdən biridə Abşeron rayon Saray qəsəbəsində keçirildi.Belə ki,rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq,Abşeronun kənd və qəsəbələrində xeyli sayda ağacların əkilməsi və yaşıllıqların salınması geniş vüsət alıb.Saray qəsəbə bələdiyyəsinin sədr müavini Vəsilə Ebilhəsənova bildirdi ki,yazın gəlişi ilə əlaqədar olaraq hər il olduğu kimi bu ildə ağac əkmə aksiyasına start verib.Saray qəsəbəsindən duz gölünə gedən yolun kənarına 300 ədəd ağac əkilməsi planlaşdırılıb.Bu gündə bu proses uğurla həyata keçirlir.Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti nümayəndələrinin  və qəsəbə icra nümayəndəsi Əli Axundovun da iştirak etdiyi aksiyada onlar üçün ayrılmış xüsusi sahədə müxtəlif növ ağaclar ekildi.Yüksək əhval-ruhiyyə və xoş bahar ovqatı şəraitində keçən iməclikdə idarə ve müəssisə  nümayəndələri iştirak etdilər.
Məlumat üçün bildirək ki,bələdiyyə tərəfindən,indiyə kimi Saray qəsəbə ərazisində ümumilikdə 1100 ədəd müxtəlif növ ağaclar əkilib.Bu qəbildən olan iməcilikləri isə digər ərazilərdədə keçirməyi planlaşdırılir.

 

DunyaTv.az



Oxunub: 889

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.