dunyatv.az
CANLI YAYIN

Şirvan sakininin şikayəti [video]

15-03-2014, 10:26

 


 

Şirvan şəhər sakini Rafiq Qədirovun atası  Rza  Qədirov 1993 cü ildə Şirvan şəhərində fəhlə kimi çalışdığı  YAĞ-PİY konbinatında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daha sonra mərhum Rza Quliyevin çalışdığı müddətdə aldığı maaş sonradan müavinət şəkilində onun azyaşlı  nəvələrinə verilməyə başlayıb.Rafiq Qədirovun sözlərinə görə onun iki qardaşı da gənc ikən  dünyadan köçdüyündən ailəyə veriləcək müavinəti onun qardaşı uşaqlarının almasını daha məqsədəuyğun hesab edir.Lakin hər 3 uşaq 18 yaşına çatdıqdan sonra onlara  müavinətin verilməsi dayandırılıb.Azərbaycan Respublikası qanunlarına əsasən müavinəti alan varis 18 yaşına çatdıqdan sonra ali təhsil  alacağı təqdirdə  müavinətin verilməsi davam etdirilə bilər.Elə 18 yaşına kimi müavinəti davamlı surətdə alan Qədirli Ceyhun Məzahir oğlu  tələbə olmasına baxmayaraq  adıçəkilən  şirkətin müavinətini ala bilmir.

 Rafiq Qədirov deyir ki,mövcud məsələ ilə bağlı bir çox dövlət qurumlarına da müraciət edib.Ona göndərilən cavablarda müqavilənin şirkət  tərəfindən ödənilməməsi qanun pozuntusu kimi dəyərləndirilib.Lakin dəfələrlə  YAĞ-PİY şirkətinin rəhbərliyinə  müraciət etməsində baxmayaraq Rafiq Qədirova müsbət cavab verilməyib.

 Məsələ ilə bağlı YAĞ-Pİ açıq səhmidar cəmiyyətinin rəsmisi  Eldəniz Quluyev ilə telefon əlaqəsi yaratdıq. 

Şirkət rəsmisinin sözlərindən  aydın olur ki,Ali məhkəmənin son qərarından sonra mövcud problem hüquq müstəvisində həll oluna bilər.Qeyd edək ki,Ali məhkəməyə kimi şikayətçi tərəfin iddialarına Şirvan şəhər Şirvan Apeliasiya məhkəməsində baxılaraq Rafiq Qədirovun iddialarının lehinə qərar çıxarılıb.Ümid edək ki,Ali məhkəmədə də zərərçəkənlərin iddialarına  düzgün hüquqi qiymət veriləcək.

 

DunyaTv.az

[b][/b]

 


Oxunub: 1 035

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.