dunyatv.az
CANLI YAYIN

Bir ayağı olmayan Qarabağ əlilinin “Cütçü” rəqsi [video]

15-03-2014, 14:35

Hərdən elə insanlara rast gəlirsən ki, onların başlarına nə iş gəlirsə gəlsin həyat sevgisinə, iradəsinə həsəd aparmaya bilmirsən.

DunyaTv.az Gün.Az-a istinadən xəbər verir ki, belə insanlardan biri barədə "Xəzər” televiziyasında kiçik bir süjet nümayiş etdirilib.

Belə ki, Qarabağ müharibəsində bir ayağını itirmiş insan şənlik məclislərinin birində "Cütçü” musiqisi altında rəqs edir. Musiqi başlayan kimi istifadə etdiyi qoltuqları kənara qoyaraq bir ayağı üstə rəqs edən insanı gördükdə onun həyat sevgisinə heyran olursan.

Onun rəqs məharəti isə hər iki ayağı olan insanlardan daha da üstündür.

Süjetə baxdıqda bir daha əmin olursan ki, həyat insanın ona baxış bucağından asılı olaraq rəngarəng və ya ağ-qaradır.

 

DunyaTv.az

 



Oxunub: 678

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.