dunyatv.az
CANLI YAYIN

İtaliyanlar smartfon-saat buraxdılar

15-03-2014, 11:27

İtaliyanın Exetech şirkəti 485 dollarlıq XS-3 saat-smartfon istehsal edib. Cihazın çəkisi 66 qramdır və görünüşcə böyük elektron saatı xatırladır. XS-3 cihazında sensor ekranının diaqonalı 1,54 düym, təsvir ölçüsü 240×240 nöqtə təşkil edir və 3G şəbəkəsində işləyir.
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, sözügedən cihaz MTK 6577 ikinüvəli prosessoru və 2 QB daxili yaddaş, microSD kartları üçün slot, Bluetooth və Wi-Fi modulları, 2 meqapiksellik kamera, GPS ötürücüsü ilə təchiz edilib. Akkumulyator batareyasının həcmi 420 milliamper/saatdır. Saat-smartfonun ölçüləri 6,46 × 4,40 × 1,76 mm təşkil edir.
Exetech XS saat-smartfonu Android 4.0 əməliyyat sistemi ilə işləyir. Cihaz MP3 faylları, həmçinin 3GP/MP4 videosunu oxuyur.


Oxunub: 576

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.