dunyatv.az
CANLI YAYIN

Ev heyvanları üçün restoran açıldı

15-03-2014, 14:23

Berlində ilk dəfə olaraq ev pişikləri və itləri üçün restoran açılıb.

DunyaTv.az 168saat.com saytına istinadən xəbər verir ki,canlıları bir araya toplayan "Pets Deli” adlı məkan almaniyanın paytaxtrayonlarından birində istifadəyə verilib.
Pişik-itlərin restoranında olan yemək menyusu qurmanların ən bahalı məkanları ilə mübahisəyə tamamiylə hazırdır. Ev heyvanları bir miqdar qəpiyə belə Pets Deli-də cürbəcür yeməklərlə özlərini sevindirə bilərlər. Onlar üçün burada donuz, mal, toyuq hətta kenquru ətindən belə yeməklər hazırlanır. Bütün bunlar bol tərəvəz və ədviyyatlarla hazırlanır. Restorana üz tutan qonaqlar üçün düyü, kartof və makaron qarniri belə nəzərdə tutulub.
Qeyd edək ki, menyu aparıcı dietoloqlar tərəfindən hazırlanıb. Sahibkarlar sevimli ev heyvanlarının sağlamlıqları üçün narahat olmasınlar. 

 

DunyaTv.az



Oxunub: 643

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.