dunyatv.az
CANLI YAYIN

Hüseyn Dərya dünyasını dəyişdi [video]

15-03-2014, 14:45

Məşhur reper Hüseyn Dərya dünyasını dəyişib.
DunyaTv.az Ans press-ə istinadən xəbər verir ki,ötən gün yol qəzasında ağır yaralanan reper keçinib.
Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.
Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin travması almışdı. Onun sağ bazu sümüyü sınmışdı. Onu reanimasiya şöbəsinə yerləşdirmişdilər.

Allah rəhmət eləsin!
 
DunyaTv.az


Oxunub: 1 571

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.