dunyatv.az
CANLI YAYIN

Eqonuzu belə bəsləyin - 7 ipucu

15-03-2014, 15:01

Özünüzə inamınızı artıracaq, eqonuzu gücləndirəcək 7 ipucunu bilsəniz, heç nə itirməzsiniz.

  1. Hər şeyin idarə pultu sizin əlinizdədir

Başqalarının sizin haqqınızda nə düşündüklərini idarə edə bilməsəniz də, özünüzü necə tanıtmaq lazım olduğunu idarə edə bilərsiz. Utancaq, fikirlərinizi bildirməkdən çəkinə və ya hər şeyin idarəsinin sizin əlinizdə olduğunu düşünüb, hər addımı soyuqanlılıqla ata bilərsiz. Unutmayın, həyatınızı dəyişdirmək sadəcə sizin əlinizdədir!

  1. Musiqi möcüzələr yaradır

Əgər pis bir gün keçirirsinizsə, sevdiyiniz mahnılar köməyinizə çata bilər. Sizə müsbət enerji verəcək musiqilərin hansı olduğunu özünüz yaxşı bilirsiniz.

  1. Həm daxilə, həm də xaricə təsir edən ətir...

"Daxili gözəllik daha əhmiyyətlidir" bunu bilirik. Ancaq bu o demək deyil ki, xaricimizə heç fikir verməməliyik. Sevdiyiniz geyimləri geyinmək, gözəl qoxu sizi xoşbəxt edəcək. Ətir yalnız ətrafınızdakı insanlara təsir etməyəcək, həm də sizin əhvalınızı dəyişəcək.

  1. Hər kəsin öz dərdi var.

Nə qədər bacarıqlı, şanslı olursa-olsun, hər kəsin özünə xas problemləri var. Əgər özünüzə güvənmək istəyirsinizsə, ilk əvvəl elə də uğurlu, bacarıqlı olmadığınızı düşünməklə başlaya bilərsiniz. Heç kim ideal deyil!

  1. Özünüzü sevin

Əgər güzgüyə baxarkən gördüyünüz insanı sevmək istəyirsinizsə, özünüzə vaxt ayırın. Həyatdan həqiqətən nələr istədiyinizi, nə kimi dəyişikliklər etmək istədiyinizi düşünün. Məqsədinizi müəyyən edib ona doğru gedin.

  1. Özünüzü oduğunuz kimi qəbul edin

Özünüzü uğur qazanan yaşıdlarınızla müqayisə etməkdən  əl çəkin. Bunun yerinə özünüzü keçmişinizlə müqayisə edin. İllərin sizi nə qədər dəyişdirdiyinin fərqinə varın.

  1. Təqlid edə bilərsiniz

Qulağa axmaq bir düşüncə kimi səslənsə də, uğur qazanmış birini təqlid etmək özünüzə inamınızı artıracaq. Edə biəcəyiniz tək şey həyat qarşınıza nə çıxarır çıxarsın, "bunu həll edə biləcəm" deyə düşünməkdir. Sonra artıq hər şey qaydasında gedəcək.

 

DunyaTv.az

[b][/b]

 



Oxunub: 759

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.