dunyatv.az
CANLI YAYIN

Azərbaycanda yeni ensiklopediya hazırlanacaq

15-03-2014, 15:31


Mingəçevir şəhəri ilə bağlı ensiklopediyanın hazırlanması üçün layihə həyata keçiriləcək.
DunyaTv.az Hafta.az-a istinadən xəbər verir ki, bu məqsədlə Mingəçevir Media Mərkəzində layihə ilə bağlı müzakirələr aparılmış, ziyalıların və ağsaqqalların təklifləri dinlənilib.
Layihənin rəhbəri Ömər Qurbanəli bildirmişdir ki, əsas məqsəd Mingəçevirin dünəni və bu günü haqqında məlumatları toplamaq və ensiklopediyanı bir neçə dildə hazırlamaqdır.
Bu kitabda Mingəçevir haqqında hər bir sahə üzrə dolğun məlumatların öz əksini tapması nəzərdə tutulur. Bundan əlavə, ensiklopediyada Mingəçevir sakinləri doğma şəhərlərini necə görmək istəyirlər, problemlər və perspektivlər, eləcə də hazırda şəhərdə fəaliyyət göstərən dövlət qurumları, özəl təşkilatlar haqqında da informasiyalar yerləşdiriləcək.


Oxunub: 673

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.