dunyatv.az
CANLI YAYIN

Masallıda oğurluq hadisəsi [video]

15-03-2014, 20:07

DunyaTv.az saytı xəbər verir ki,Masallı şəhər sakini Mirzəbi Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus məişət avadanlıqları mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsini bildirib. Həyata keçirilən  əməliyyat-axtarış tədbirləri sayəsində sözü gedən oğurluq hadisəsində şübhəli bilinən Masallı şəhər sakinləri,19 yaşlı Allahqulu Mehdiyev saxlanılıb.17 yaşlı Orxan Həsənov və 16 yaşlı Orxan Əlirzayev isə azyaşlı olduqlarından xəbərdarlıq edilərək nəzarətə götürülüb.Oğuruluq etməkdə təqsirli bilinən Allahqulu Mehdiyev təqsirini boynuna alaraq, oğurluq faktını yetkinlik yaşına çatmamış Orxan  Həsənov və Orxan Əlirzayevlə birlikdə törətdiyini bildirib.Mağazadan oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə olunub.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb,araşdırmalar davam etdirilir.

 

 

DunyaTv.az



 

 

 

 


Oxunub: 1 685

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.