dunyatv.az
CANLI YAYIN

Bakıda 23 dərəcə isti olacaq

17-03-2014, 10:11


Martın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
DunyaTv.az  AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.
Temperaturun gecə 5-8° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti, Bakıda gecə 5-7° isti, gündüz 16-18° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın gündüzdən bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 1-6° isti, gündüz 15-20° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın gündüzdən bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 17°-dək isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 2-6° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 3-8° isti, gündüz 14-19°, bəzi yerlərdə 25°-dək isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə 5-8° isti, gündüz 15-20°, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacağı ehtimalı var.


Oxunub: 1 040

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.