Dünyanın danışdığı - Təyyarənin sirri böyüyür

Dünyanın danışdığı - Təyyarənin sirri böyüyür

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777-200 ER" sərnişin təyyarəsinin axtarışları davam edir.

DunyaTv.az Xəzərxəbər.com saytına istinadən xəbər verir ki,Malayziyanın hakimiyyət dairələri ötən həftə yoxa çıxan və hələ də tapılmayan təyyarənin axtarışlarını effektiv etmək üçün dünya birliyinə müraciət edib.
Rəsmi Kuala-Lumpur daha 15 ölkəyə müraciət edib ki, onların arasında Qazaxıstan, Türkmənistan, Pakistan, Hindistan və Avstraliya da var.
Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseynin dediyinə görə, yoxa çıxmış təyyarənin pilotları Zahariyə Əhməd ŞahFariq Əbdül Həmidin evlərində axtarışlar aparılıb.
"Təyyarənin bu pilotlar tərəfindən bilərəkdən məhv olunması ilə bağlı iddiaların hələlik konkret əsasları yoxdur. Tələsik nəticələrə gəlmək gərək deyil. Bundan başqa, təyyarənin bütün sərnişinləri, habelə həmin təyyarəyə texniki xidmət göstərmiş mühəndislər və texniki servis əməkdaşları barədə məlumatlar toplayırıq", - H.Hüseyn deyib.
CBS bildirir ki, hazırda təyyarənin itkin düşməsinin əsas səbəbləri qismində qaçırılma və pilotların bilərəkdən təyyarəni məhvə aparmaları nəzərdən keçirilir.
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları hesab edirlər ki, təyyarədə bir və ya bir neçə nəfər idarəetməni ələ keçirəndən sonra bilərəkdən rabitə vasitələrini söndürüb, sonra da laynerin kursunu dəyişib.  
İtmiş təyyarənin marşrutu ilə "Boeing 777-200" təyyarəsi göndərilib. Həmin layner radar sistemlərindən "yan qaçmağa" imkan verən müxtəlif manevrlər edib. Daha sonra radarlardan və sonra da iki təyyarədən alınmış peyk göstəriciləri müqayisə olunub. 
Əldə edilmiş məlumatlar təyyarənin iki mümkün marşrutunu müəyyənləşdirib və indi araşdırmalar həmin istiqamətlərdə aparılır.
Marşrutlardan biri Malayziyanın şimal-qərbindən Qazaxıstana uzanır, ikinci marşrut isə cənub-şərq istiqamətdədir. 
Malayziyanın baş naziri Nəcib Tun Rəzzaq bəyan edib ki, sərnişin təyyarəsinin yoxa çıxması pilotların əməlləri ola bilər.
Xatırladaq ki, martın 8-də Kuala-Lumpur beynəlxalq hava limanından səmaya qalxan təyyarə Pekinə yollanırdı.
Təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
"Boeing 77-200 ER" son dəfə dispetçerlərlə əlaqə saxlayanda Malayziyanın şərq sahillərindən 220 km aralıda idi.
 
DunyaTv.az

 


  • Müəllif: Dilber
  • Tarix 17-03-2014, 14:33
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 799
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac