Yazın yeni sırğa dəbi - FOTOLAR

Bir neçə mövsüm trend olmağa davam edən "Ear Cuff" (qulaq manşeti) 2014 yaz  mövsümünün aksessuar trendləri arasında yer alıb. Qulaq manşeti kimi tanınan bu aksessuar 1990-cı illərin ən çox sevilən aksessuarlardan biri idi. İndi isə bu model daha yaxşı işlənmiş formada qarşımıza çıxır.

Bu sırğaları istifadə etmək çox asandır.  Onu taxmaq üçün qulaqda bir sırğa yeri olması kifayət edir. Yəni, qulağı bir neçə yerdən deşməyə gərək yoxdur. "Ear Cuff" özəl tərz yaratmaq üçün ideal aksessuardır. Daş-qaşla bəzədilmiş sırğalar eleqantlıq bəxş edir, metal sırğalar isə rok stilinin üslubunu özündə birləşdirir. Əjdaha, ilan, şir və başqa heyvan fiqurları, çiçək motivləri qulaqlara vamp obraz verəcək.

Qula manşeti adlanan sırğaları istifadə edərkən bir neçə məqama diqqət etmək lazımdır. Məsələn, saçı açıq bu aksessuarın o qədər də əhəmiyyəti qalmaz. Bunun üçün saçları açıq qoyanda bir tərəfə ataraq, yana darayaraq şahanə aksessuarın görünməsini təmin edin. Qısa saçlı xanımlar isə bu sırğanın haqqını layiqincə verə bilir. Uzun saçlı xanımlar sırğanı at quyruğu modellərlə taxa bilər. Bu sırğaları taxarkən artıq aksessuara gərək qalmır. Qolunuzda saatdan başqa heç nə taxmayın. O biri qulağınıza da sırğa taxmaq istəyirsinizsə, ancaq balaca qaşlı sırğa yerinə düşər.

Geyimləri tamamlamaq üçün mükəmməl aksessuardır. Rihanna, Diane Kruger, Cara Delevingne, Sienna Miller, Miranda Kerr kimi ulduzlar stillərini bu sırğalarla tamamlayıblar.


Yazın yeni sırğa dəbi - FOTOLAR

Yazın yeni sırğa dəbi - FOTOLAR

Yazın yeni sırğa dəbi - FOTOLAR

Yazın yeni sırğa dəbi - FOTOLAR

Yazın yeni sırğa dəbi - FOTOLAR

Yazın yeni sırğa dəbi - FOTOLAR

Yazın yeni sırğa dəbi - FOTOLAR

 

 

 

  • Müəllif: Guler
  • Tarix 17-03-2014, 16:41
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 4 884
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac