Dilənçi milyonçu çıxdı

Səudiyyə Ərəbistanında 50 ildir dilənçiliklə məşğul olan qadın öləndən sonra üzə çıxan fakt hamını heyrətləndirib. DunyaTv.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ayşə adlı qadın 100 yaşında vəfat edib. Öləndən sonra onun Ciddə şəhərinin ən zənginlərindən biri olduğu bəlli olub.
Gözləri görməyən qadının ömrünün böyük hissəsi küçələrdə dilənməklə keçib. Onun anası və bacısı da bu işlə məşğul olub. Qadın bir necə gün evinin hamamında ölü olaraq tapılmışdı.
Öləndən sonra bəlli olub ki, yaşlı dilənçinin yaşadığı səmtdə 4 binası, təqribən 1 milyon manata yaxın qızıl-zinət əşyaları olub. Qadının heç kiminin olmadığı bildirilir.
Məlumata görə, xüsusilə qadına Ramazan ayında xeyirxah insanlardan çoxlu yardımlar gəlib.


 
 

  • Müəllif: Guler
  • Tarix 17-03-2014, 15:43
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 710
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac