Dünyanın ən dəhşətli ağrısı: miqrendən necə qurtulmalı?

Stress, yuxu, kəskin qoxuların səbəb olduğu miqrenin digər səbəblərindən biri də düzgün qidalanmamaqdır. 

DunyaTv.az Ailem.az saytına istinadən xəbər verir ki,miqren insanların əmək fəaliyyətinə mane olan xəstəliklər siyahısında 19-cu sırada yer tutub. Araşdırmalar nəticəsində düzgün qidalanmağın miqreni 25-40 faiz azaltdığı ortaya çıxıb.

Miqrenə ən çox səbəb olan titamin və ya feniletilamindi.

Miqrenin yaranma səbəbləri fərqlidir. Ancaq qidanın tərkibindəki titamin və feniletilamin hər insanda miqrenə səbəb olur. Bu iki maddə şokolad, köhnə pendir, paxla məhsullarında, fındıqda, toxumlarda, turşulu meyvələrdə və sirkələrdə olur.

Pivə, qırmızı, ağ şərab miqrenə səbəb olan əsas amillərdən biridir. Spirtin miqreni ortaya çıxarmasının ən böyük səbəbi susuzlaşmaya yol açaraq, baş ağrısı yaratmasıdır.

Yeməklərin tərkibindəki titamin maddəsi yeməklər saxlandıqca daha da çoxalır. Soyuducuda saxladığınız yeməklər miqrenə səbəb olacaq.

Sosiska,  kolbasa nitrit tərkiblidir. Eyni zamanda toyuq və paxla souslarında, qurudulmuş ətlərdə, bişirilmiş, tüstülənmiş, duzlanmış məhsullarda olan nitrit miqrenə səbəb olur.

Çay, alma suyu, sirkə və qırmızı şərabın tərkibindəki tanen maddəsi miqreni artıran amillərdən biridir.

Miqreni olan insanlar qida etiketlərini oxumağı vərdiş etməlidirlər. Mononatrium glutamat, maya ekstraktı, natrium kazeinat tərkibli qidalardan uzaq durun.

İçkilərdə dadlandırıcı  kimi istifadə edilən aspartam maddəsi də miqrenə səbəb olur.

Qəhvə, qara və yaşıl çay da miqren tutmalarına səbəb olur. Əgər kofein baş ağrınıza səbəb olursa, ondan uzaq durun.

Miqrendən qorunmaq üçün edilməli olan 5 dəyişiklik.

Rejimlə qidalananın. Vaxtı-vaxtında yemək yeyin. Ən az 5 saatdan bir yemək yeyin.

İdeal çəkinizi qoruyun. 2010-cu ildə aparılan araşdırma nəticəsində miqren ağrılarının çəki artımıyla əlaqəli olduğu ortaya çıxmışdı. Daha az ağrılı bir həyat üçün ideal çəkidə qalmağa çalışın.

Müntəzəm şəkildə idman edin. 30 dəqiqə yoqa və müntəzəm qaçışlar təzyiqə təsir göstərib əzələləri gücləndirir, baş ağrılarını azaldır və stressi yox edir.

Gündə 12 stəkan su için. Miqrenlə mübarizə aparan ən vacib qida sudur. İnsan orqanizmi susuz qalarsa, miqren tutmaları artar. Buna görə hər gün ən azı 12 stəkan su için.

Miqren tutmaları olan günlər üçün xüsusi pəhriz

Şokolad, pendir, pivə, şərab, nitrit, nitrat, tərkibli hazır qidalar, mayalı qidalar, lobya sousu, yerfındığı, qızarmış həddən çox ədviyyatlı yeməklər kofeinli içkilər, sirkə, duz olmaz. Tərəvəz şorbası, yumurta, balıq, pomidor, banan,  alma, nanə çayı tövsiyə edilir. 

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 17-03-2014, 16:13
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 621
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac