dunyatv.az
CANLI YAYIN

Güclü külək şimal rayonlarında da ciddi fəsadlar törədib.

19-03-2014, 10:47

Güclü külək şimal rayonlarında da ciddi fəsadlar törədib. Ən ciddi ziyan Xaçmaz rayonunda qeydə alınıb. Axşam saatlarında rayonda əsən külək bir neçə 5 mərtəbəli binanın dam örtüyünü uçurub. Həmçinin şəhər ərazisində iri ağaclar küləyin təsirindən kökündən qopub. Ağacların aşması nəticəsində bir avtomobilə ciddi ziyan dəyib. Xaçmaz rayon Fövqaladə Hallar Komissiyasının sədri Yetkin Mehmanovun verdiyi məlumata görə, külək nəticəsində 3 çoxmərtəbəli binanın eləcədə 20-dək fərdi yaşayış evinin dam örtüyü sıradan çıxıb. Rayon mərkəzi və  əksər yaşayış massivləri işıqsız qalıb. Hazırda Fövqaladə Hallar Komisiyası tərəfindən rayonlara dəyən ziyan hesablanır. Güclü külək həmçinin Quba-Xaçmaz yolunun Arzu kəndi ərazsindən keçən hissəsində yanğına səbəb olub. Təxminən 1 km uzunluğunda kol-kos yanıb. Xaçmaz Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının müdaxiləsindən sonra yanğının yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə keçməsinin qarşısı alınıb. Təbii fəlakət Quba və Qusar rayonlarını işıqsız qoyub. Elekrtik dirəklərinin aşması Qusarda 50 yaşayış məntəqəsinə, Qubada isə bütün rayona enerjinin verilişinin dayanmasına səbəb olub. Hazırda hər 3 rayonda yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 


Oxunub: 992

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.