dunyatv.az
CANLI YAYIN

Şou-Biznes üzvləri bu dəfə güclərini Futbolda göstərdilər [foto, video]

16-11-2013, 18:13

 

Havanın soyuq olmasına baxmayaraq şou əhli maraqlı oyun nümayiş etdirib

Ötən gün yağış yağmasına baxmayaraq "Futbol şou № 1” baş tutub. Dunyatv .az xəbər verir ki, şou-biznes nümayəndələri Şəfa stadionunda komandalara bölünərək futbol oynayıblar. 

Komandanların kapitanları Ramal Əsədzadə və layihənin digər rəhbəri Mehri Əliquliyeva olub. Lamiyə Novruzova, Afaq Aslan, Əbdül Xalid, İlahə Nizamiqızı Emil Bədəlov, Rəhman Rəsulov, Şəbnəm Qəhrəmanova, Yaşar Cəlilov, Rüfət Axundov, aparıcılar Xanım Yadigarlı, Nərgiz Mahmudzadə, rəqqasə Oksana Rəsulova və başqaları qalib gəlmək üçün mübarizə aparıblar. Havanın soyuq olmasına baxmayaraq şou əhli maraqlı oyun nümayiş etdiriblər, futboldan anlayışı olmayan bəzi xanım oyunçular topun dalınca qaçmaqla və qışqırmaq kifayətləniblər.

Layihə rəhbəri Ramal Əsədzadə oyundan sonar hər kəsə minnətdarlığını bildirib: "Düzdür mənim komandan məğlub oldu, qalib gələn dostları təbrik edirəm. Yağış, külək olmasına baxmayaraq bura gələn şou-əhlinə, media nümayəndələrinə təşəkkürümü bildirirəm. Bu bizim Mehri ilə son işimiz olmayacaq, uğurlarımız, maraqlı layihələrimiz hələ qabaqdadır”.

Qeyd edək ki, 4:3 hesabı ilə Mehri Əliquliyevanın komandası qalib gəlib.

 

 







Oxunub: 3 131

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.