dunyatv.az
CANLI YAYIN

Bakıda güclü külək olacaq

19-03-2014, 10:16

DunyaTv.az Milli.Az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 5-8°, gündüz 11-16° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
səhər və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 13-18° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı, duman olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq.
Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 6-9°, gündüz 13-18° isti, dağlarda gecə 1-5°, gündüz 8-13° isti təşkil edəcək.
Xəbərdarlıq
Martın 23-dək ölkə ərazisində güclü küləkli hava şəraiti üstünlük təşkil edəcək. Tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

DunyaTv.az



Oxunub: 1 234

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.