Tovuzda maşınlar toqquşdu: 4 yaralı

Tovuz rayonunun Həzi Aslanov prospektində "VAZ 2106" markalı maşınla "VAZ 21011" markalı minik maşınları toqquşub.
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb. "VAZ  21011"in sürücüsü, Ağstafa rayon Köçəskər kənd sakini  24 yaşlı Röyal Qurbanov, həmin maşında olan sərnişin, 30 yaşlı Vüsal Sadıqov və "VAZ 2106"da olan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 25 yaşlı Müsəllim Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Digər bir sərnişin isə hadisə yerində ambulator müayinə olunaraq evə buraxılıb.
Hadisədən yüngül xəsarətlə qurtulan "VAZ 21011"in sürücüsü Röyal Qurbanov, həmçinin hadisə şahidləri qəzaya səbəb kimi "VAZ 2106"nın yüksək sürətli olmasını göstərirlər.  Qəzanın dəqiq baş vermə səbəbini isə  Tovuz Rayon Polis Şöbəsi araşdırır.
  • Müəllif: Guler
  • Tarix 19-03-2014, 10:32
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 721
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac