Şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu Sumqayıt şəhərində dəfn olundu [video]

 

Cəbhə xəttində şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu Sumqayıt şəhərində dəfn olundu.
DunyaTv.az xəbər verir ki,dəfn mərasimində Müdafiə Nazirliyi,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak etdilər.
 Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycanın Dövlət Bayrağı asılıb, binanın qarşısında isə vida mərasimi təşkil edilib.Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin anası Mətanət Əliqızına təqdim etdi.
Şəhidin babası Əli Məmmədov çıxış edərək, yeganə oğlan nəvəsinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından qürur duyduğunu, dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.
 
DunyaTv.az

  • Müəllif: Dilber
  • Tarix 19-03-2014, 15:49
  • Bölmə: Xəbərlər / Video
  • Baxılıb: 1 138
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac