Xaçmazda minik maşını yük maşınına çırpılıb, xəsarət alanlar var

Xaçmazda minik maşını yük maşınına çırpılıb, xəsarət alanlar var

DunyaTv.az  APA-ya istinadən xəbər verir ki,
 Martın 19-u, axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı prospektində qeydə alınıb. 

Xaçmaz rayonu, Qaradağlı kənd sakini Hüseynov Namik Məzahir oğlunun idarə etdiyi dövlət nömrə nişanlı  27 BK 011 "Jeep” markalı avtomobil yolun kənarında hərəkətsiz dayanan  dövlət nömrə nişanlı 27 BF 159 "Zil” markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində minik maşının sürücüsü və sərnişini - Xaçmaz rayonu, Çarxı kənd sakini 1986-cı il təvəllüdlü Cəlilov Seyid Abdulla oğlu xəsarət alıblar.İlkin tibbi yardımdan sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.

  • Müəllif: Guler
  • Tarix 20-03-2014, 13:32
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 826
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac