“Sumqayıtlılara qarşı provakasiyadır” - RƏSMİ AÇIQLAMA

“Sumqayıtlılara qarşı provakasiyadır” - RƏSMİ AÇIQLAMA

 

Sumqayıtda asfalt üzərinə çəkilmiş Azərbaycan bayrağı sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı  Sumqayıt şəhər  Gənclər və İdman Baş İdarəsindən "Xeberle.com”-a  açıqlama veriblər. Açıqlamada deyilir:

"Ötən gün bəzi internet saytlarında Sumqayıtın İcra başçısının tapşırığına uyğun olaraq şəhərin prospektlərində asfaltın Azərbaycan bayrağı rəngində rənglənməsi və bu məsələnin sakinlərdə hiddət doğurması ilə bağlı məlumatlar yayılıb. Azərbaycan bayrağı hər birimiz üçün müqəddəsdir, əzizdir və yayılan məlumatlar əsassız, provokasiya xarakterlidir. Sumqayıtın küçələrinin birində məktəblilərin asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Şagirdlərin rəsmlərini tədbirə toplaşan minlərlə şəhər sakini alqışlarla qarşılayıblar. Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər prioritet istiqamət daşıyır və bu mövzuda ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Bu faktdır. Kimlərinsə müqəddəs hislərimizlə oynayaraq bu tədbiri  öz çirkin məqsədlərinə çatmaq və provakasiya yaratmaq üçün istifadə etmək cəhdləri bizdə təəssüf və hiddət doğurur”.

[/b][/b][/b]
  • Müəllif: Asef
  • Tarix 20-03-2014, 14:48
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 656
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac