Avtomobil dərəyə yuvarlandı, bir ölü, bir yaralı

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
DunyaTv.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə İsmayıllı-Mollaisaqlı yolunda baş verib.
Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Soltanov Azər Xəlil oğlunun idarə etdiyi 99 CP 498 dövlət nömrə nişanlı "Mercedes” markalı minik maşını yolun döngəli hissəsində idarəetmədən çıxaraq 10 metr dərinliyi olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü Azər Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1974-cü il təvəllüdlü Rəhman Nəriman oğlu Qəribov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

  • Müəllif: Guler
  • Tarix 22-03-2014, 14:05
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 702
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac