Yanacaqdaşıyan maşın iki avtobusla toqquşub

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində dəhşətli yol qəzası baş verib.

DunyaTv.az Ans press-ə istinadən verdiyi xəbərə görə Qadani şəhəri yaxınlığında yanacaqdaşıyan maşınla iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 25 nəfər ölüb, 30-dan çox adam da xəsarət alıb.
Polisin məlumatına görə, yanacaqdaşıyan maşının sürücüsü idarəetməni itirərək, əks yola çıxıb və Kəraçi şəhərindən yola çıxan sərnişin avtobusları ilə toqquşub. Zərbədən sonra güclü yanğın baş verib.
Yaralıların əksəriyyəti ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir neçə nəfərin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.
Hadisənin baş verdiyi yol bağlanıb, qəzanın səbəbləri araşdırılır.

 

DunyaTv.az

 


  • Müəllif: Dilber
  • Tarix 22-03-2014, 15:25
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 763
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac