dunyatv.az
CANLI YAYIN

Depressiya və nevroza qarşı 5 məsləhət

22-03-2014, 15:25


Əsəb pozğunluğu, depressiya, nevroz insanın bütün orqanizminin zəifləməsinə, bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur.
Həkimlər əsəb pozğunluğu, depressiya, nevrozun qarşısını almaq üçün aşağıdakı məhsullardan istifadə etməyi tövsiyə edirlər:
1.Əsəb sakitləşdirici hesab olunan əvəzolunmaz B1 vitamini: qarabaşaq (qreçka) və yulaf sıyığı, çovdar çörəyi.
2.Əsəbilik və yorğunluğun qarşısını almaq üçün tərkibində B2 vitamini olan məhsullardan istifadə etmək lazımdır. Məsələn, paxla, ispanaq, ərik və yumurtadan istifadə etmək olar. Vitamin B2 tərkibli məhsullardan az istifadə edəndə halsızlıq və tez-tez baş ağrıları olur.
3.Beyin əqli cəhətdən yorulanda yaddaş pozğunluğu yaranır, əhval-ruhiyyə qəfildən pisləşir. Bu zaman B12 vitaminindən faydalanmaq olar. B12 vitamini dəniz məhsulları, içalat (ürək, böyrəklər, qaraciyər) və yumurtanın ağında daha çoxdur.
4.Süd və süd məhsulları insanın sinir sisteminin kalsium mineralı ilə möhkəmlənməsinə yaxşı kömək edir. Bu mineral bədəndə çatışmayanda qıcolmalar baş verir.
5.Beynin yaxşı işləməsi və hormonal balansın qorunması üçün yod əvəzolunmaz mineraldır. Bütün dəniz məhsulları, dəniz kələmi yod ilə zəngindir. Dəniz kələmini sevmirsiniz? Problem deyil. Qurudulmuş dəniz kələmini üyüdərək qəhvə kimi istifadə edə bilərsiniz.


Oxunub: 1 241

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.