Gecə ilə gündüz bərabərləşdi

Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. DunyaTv.az Modern.az-a istinadən xəbər verir ki, xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, martın 21-dən bahar fəsli başlayıb. Martın 22-dən isə yaz gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla – bölüblər.
Bu gündən başlayaraq, gündüz uzanacaq, gecə isə qısalacaq. Bu proses düz iyun ayının 22-dək davam edəcək. Məhz 22 iyunda gündüz ən uzun, gecə isə ən qısa vaxta malik olacaq. Ondan sonra gündüz qısalmağa, gecə uzanmağa başlayacaq ki, həmin proses nəticəsində də 22 sentyabr tarixində gecə-gündüz bərabərliyi baş verəcək.
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə yaz gecə-gündüz bərabərliyi, bir dəfə isə payız gecə-gündüz bərabərliyi baş verir.

  • Müəllif: Guler
  • Tarix 22-03-2014, 15:33
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 696
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac