Dünya şöhrətli müğənni Bakıya gəlir

 DunyaTv.az Publika.az istinadən xəbər verir ki,

Məşhur amerikalı müğənni Maykl Bolton Bakıda konsert verəcək. Müğənninin ilk konserti aprelin 19-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Solo konsert proqramında rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.

"Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun "Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. "Can I Touch You...There?”, "How Am I Supposed To Live Without You”, "Love is a Wonderful Thing”, "Missing You Now” onun ən məşhur mahnılarındandır.

  • Müəllif: Guler
  • Tarix 22-03-2014, 15:51
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 543
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac