Dünyanı mat qoyan istedadlı rəssam

Dünyanı mat qoyan istedadlı rəssam

Böyük Britaniyalı 11 yaşlı Kiron Uilyamson 10 dəqiqəyə çox asanlıqla 100 min funt sterlinq pul qazanmışdır.
 DunyaTv.az AzərTac-a istinadən xəbər verir ki,5 yaşından rəssamlıqla məşğul olan istedadlı uşaq impressionizm stilində kətan parça üzərində möcüzələr yaradır. Onun əsərləri London auksionunda əlbəəl gəzir.
Dünya dahi rəssamı ilk dəfə 2009-cu ildə, 19 rəsm əsəri 36 min ABŞ dollarına satılandan sonra tanımışdır. Daha sonra 26 əsəri 20 dəqiqə ərzində 360 min dollara alınan Kiron Uilyamson hətta tanınmış rəssamları belə mat qoymuşdur.
Hazırda onun bir əsərinə 3 min 500 dollardan 30 minədək qiymət qoyulur.
Yaxın zamanda baş tutacaq növbəti auksionda dahi rəssamın əsərlərinin başlanğıc qiymətinin 150 min dolların olacağı bildirilir.
 
DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 22-03-2014, 16:58
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 786
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac