Bu günün tarixi [24.03.2014]

Miladi: 24 mart 2014
Hicri: 22 Cəmaziuləvvəl 1435

İlin 83-cü günü
İlin sonuna 282 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.32
Günəş - 06.41
Zöhr - 12.52
Əsr - 16.45
Məğrib – 19.08
İşa – 20.26

1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1950) anadan olub.
"Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

1938 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib.
Bir çox filmlərdə ("Yeddi ogul istərəm”, "Babək”, "Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi "Qaçaq Nəbi” ("Atları yəhərləyin”) filmini çəkib.

1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti "1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul edib.
Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. O vaxtkı respublika rəhbərliyi isə buna nəinki etiraz etməmiş, əksinə, qərarı təqdirlə qarşılamışdı.

1990 - Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər.
Basqın nəticəsində rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı və s. kəndlərində onlarla dinc sakin öldürülüb və yaralanıb.

1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib.
Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format - Minsk qrupu yarandı.
Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir.

24 mart 1801 - İsveçli ixtiraçı və sənaye sahibkarı Emmanuel Nobel (1801-3.9.1872) anadan olub.

24 mart 1906 — Məşhur rus müğənnisi, aktrisa, SSRİ Xalq artisti Klavdiya İvanovna Şuljenko (1906-1984) anadan olub.

24 mart 1926 — İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.

24 mart 1930 — Amerika kinoaktyoru Stiv MakKuin (Steve McQueen, 1930-1980) anadan olub. "Möhtəşəm yeddilik” , "Qaçış” filmlərində çəkilib.

24 mart 1954 — Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Aleksandr Nikolayeviç Serov anadan olub.

 

DunyaTv.az

 


  • Müəllif: Dilber
  • Tarix 24-03-2014, 10:21
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 523
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac