Bakıda sərxoş sürücü avtomobili işıq dirəyinə çırpıb

Bakıda sərxoş sürücü avtomobili işıq dirəyinə çırpıb

Bakının Xətai rayonu, Nobel prospektində sərxoş sürücü qəza törədib. 

DunyaTv.az Apa.az-a istinadən xəbər verir ki, prospektlə hərəkət edən 99-DP-625 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü içkili halda idarə etdiyi avtomobili işıq dirəyinə çırpıb.

Hadisə nəticəsində elektrik dirəyi açıb, prospektin bir hissəsi işıqsız qalıb. Sürücünün xəsarət almadığı qəzada avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə gələn yol polisi hadisə yerində araşdırma aparıblar. Polis əməkdaşları qəza ilə bağlı prospektdə yaranmış tıxacı aradan qaldırmaq məqsədilə avtomobili evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıblar.

Sürücü isə içki testinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 24-03-2014, 10:33
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 621
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac