dunyatv.az
CANLI YAYIN

Təcili tibbi yardım maşını ağır qəzaya düşdü: 6 yaralı

24-03-2014, 11:12

DunyaTv.az Lent.az-a istinadən xəbər verir ki,
Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib. "Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının "Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var.
Faktla bağlı araşdırmalar aparılır.


Oxunub: 826

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.