Dünyanın ən uzunsaçlı xanımı

 Çinli qadın artıq 11 ildir ki, saçlarını kəsdirmir.

DunyaTv.az Ans press-ə istinadən xəbər verir ki, saçları boyundan uzun olan 44 yaşlı Cen Yinqyuan deyir ki, o, saçlarını açanda yerlə sürünür.
Qeyd edək ki, Cen Çinin Guiqanq əyalətində yaşayır. Hər dəfə çölə çıxanda isə saçları hamının diqqətini cəlb edir.
O saçlarının qayğısına qalır. Cen deyir ki, onları almaq üçün çox adam müraciət edib, amma o satmayıb. Hazırda Cenin saçları üçün 2000 funt sterlinq təklif edilir. Amma o, saçını satmaq fikrində deyil.
Lakin uzun saçlar Cenə həm də əziyyət verir. Çünki onları yumaq onun bir saatını, qurulamaq isə gününün yarısını alır. Cen saçlarını dörd gündən bir yuyur, onları parlaq etmək üçünsə pivədən istifadə edir.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 24-03-2014, 14:35
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 771
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac