dunyatv.az
CANLI YAYIN

“Bu şəhərdə” rekordu haqqında danışdı

25-03-2014, 11:40

DunyaTv.az Show.az-a istinadən xəbər verir ki, illərdir tamaşaçılarını güldürməyi bacaran "Bu Şəhərdə” kollektivi bu il ölkə tarixində ilk dəfə olaraq, 12 günlük konsert verməsi ilə güclü kollektivə və böyük tamaşaçı kütləsinə sahib olduğunu hər kəsə sübut etdi.

Öz köhnə rekordunu təzələyən "Bu Şəhərdə” kollektivinin ssenaristi Müşfiq Abbasov bu rekordun hər kəsə qismət olmasını və qazanılan alqışların verdiyi hisslərin hər kəsə nəsib olmasını arzulayıb.
Konsertin aparıcısı Nəsib Nur açıqlamasında deyib: "Bu Şəhərdə” kollektivi uzun illər boyu xalqın sevimlisinə çevrilməyi bacarıb. 
Ümumiyyətlə, bu günə kimi "Bu Şəhərdə”nin 200-ə yaxın konserti olub. Onlardan 130-u Heydər Əliyev Sarayında baş tutub ki, bu özü böyük uğur deməkdir.  Qeyd edim ki, bu günə kimi "Bu Şəhərdə”nin 75 konsertini tamaşaçılara mən təqdim etmişəm. Bu da mənim öz rekordumdur”.

 

DunyaTv.az



Oxunub: 709

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.