Mövqelərimiz yenidən atəşə tutulub


Azərbaycan əraziləri Ermənistan tərəfindən bir neçə istiqamətdən atəşə tutulub.

 DunyaTv.az Gün.Az-a istinadən xəbər verir ki,erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
 
DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 25-03-2014, 11:55
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 583
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac