Qorxunc partlayış: çox sayda ölü və yaralı var

 DunyaTv.az Publika.az-a istinadən xəbər verir ki,

Polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaranıb

İraqda güclü partlayışlar meydana gəlib.
Ötən gün İraqın paytaxtı Bağdadda baş verən partlayışlarda 7 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.
Paytaxtın Səbu-İbkar bölgəsində bomba yüklü maşının partlaması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Eş-Şağb bölgəsində isə başqa bir maşına yerləşdirilən bombanın partladılması 2 adamın ölümünə, 7 adamın yaralanmasına gətirib çıxarıb.
Əl-Musenna körpüsündə polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaralanıb. Partlama səbəbiylə körpüdə geniş diametrdə ziyan meydana gəlib.
Diyalanın Bəhrəz məhəlləsi ağsaqqalı Həsən əl- Bəyati isə srağagün silahlı bir qrupun Ez-Zuhur bölgəsindəki "Aişə Ümmül Möminin Məscidi"nə bombalı hücum təşkil etdiyini və bölgədəki 3 məscidi də yandırdığını vurğulayıb.
Yaşananları "faciə" olaraq xarakterizə edən Bəyati bölgədə yaşanan dəhşətli hadisələrin araşdırılması üçün hökumət tərəfindən təcili bir komissiya yaradılmasını istəyib.

 


  • Müəllif: Guler
  • Tarix 26-03-2014, 11:32
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 781
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac