dunyatv.az
CANLI YAYIN

Bu yekəlikdə tərəvəz olar?! foto

26-03-2014, 12:09

Belə tərəvəz görməmisiniz

Dünyanın bir neçə ölkəsində nəhəng tərəvəzlər yarışması keçirilir. Yarşmada sadə əkinçilərdən tutmuş dünyanın tanınmış fermerlərinə qədər iştirak edir.

Ən böyük kələmi Alyaskalı Kivan Dinkel yetişdirib. Onun kələminin çəkisi 42 kilodur. Belə nəhəng kələm yetişdirdiyi üçün 10 yaşlı uşağa 2 min dollar mükafat verilib. 

Nəhəng soğanı və xiyarı 2012-ci ildə Böyük Britaniyada Piter Qleysburq yetişdirib. Soğanınnın çəkisi 8 kiloqram 16 qram, xiyarın çəkisi isə  54 kiloqram 30 qram olub.

İsrailli Nissan Tamirin yetişdirdiyi ən böyük qırmızı turpun çəkisi 10 kiloqram idi.

Çəkisi 584 kiloqram olan nəhəng balqabaq 2011-ci ildə Alyaskada keçirilən yarşmanın qalibi olub.

2011-ci ildə Cənubi Uelsdə keçirilən yarışmada 38 kiloqram 92 qram çəkisiylə ən böyük çuğunduru ilə Yan Nil qalib gəlib. 

Antonio Martonenin nəhəng pomidorunun isə diametri 38 santimetr, çəkisi 450 qramdır.

Bu yekəlikdə tərəvəz olar?! foto


 



Oxunub: 1 188

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.